محسن آزماینده
2nd August 2014, 10:52 PM
'Gəl-gəl' deyə hicrində kaman tək mələdim mən
Bir ömrü sənin eşqinə qurban elədim mən
Asudə tifildin, nə qəmin vardı, nə dərdin
Dərdimlə sənin gözlərini sürmələdim mən
Hissim sənə 'gəl-gəl' dedi, əqlim dedi 'get-get'
Bu qanlı döyüşdən mənə imdad dilədim mən
Eşqim də qaxınc oldu mənim başıma hər gün
Bir eşqin ucundan nə qədər tənə yedim mən
Öz hissini dustaq eləyən Bəxtiyar olmaz
Öz eşqimə, öz könlümü zindan elədim mən
fevral, 1969